“Yeniyetmələrdə asılılığın əlamətləri daim ekstremal axtarış, anlıq həzzin alınması kimi hallarla müşahidə olunur”.
“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov "Narkomaniya ilə mübarizə" mövzusunda çıxışında deyib.
O bildirib ki, burada bioloji, fiziki asılılıqlar var: “Narkotikdən asılılıqda ailənin verdiyi tərbiyənin də təsiri olur. Uşağın asudə vaxtının çoxluğu, valideynlərin daha çox məşğul olması, ailənin vəziyyətindən asılı olaraq özünəinamsızlıq, bundan başqa, qrup psixologiyası bu kimi hallara yol açır”.
O. Cəfərov qeyd edib ki, ilkin olaraq psixi asılılıq olur: “Şəxs maarifləndirmə zəif olduğuna görə ağır nəticələr barədə məlumatlı olmur. 25 il əvvəl 1-2 aya absent durum yaranırdısa, indi sintetik heroinin nəticəsində 2-3 həftə ərzində bu vəziyyət yaranır. Dayandırdıqda kəsimlə sindromu olur və şiddətli ağrılar, depressiyaya düşmə halları olur”.