22 iyul 2021 09:01
844

ABŞ Kanada və Meksika ilə sərhədlərini bağlı saxlayacaq

ABŞ hakimiyyəti COVID-19 pandemiyası səbəbindən Kanada və Meksika ilə sərhədlərini avqustun 21-dək bağlı saxlayacaq.

Qadağa zəruri olmayan bütün səfərlərə tətbiq olunur. İstisnalar yalnız Amerika vətəndaşlarına və ABŞ-a müalicəyə və təhsil almağa gələn şəxslərə şamil edilir.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, vaksinasiya prosesinin genişlənməsi baxımından müsbət dinamika müşahidə olunur. Lakin COVID-19 virusunun yayılması təhlükə mənbəyi olaraq qalır. Buna görə də ehtiyat tədbirləri görülməsi vacibdir.

Bundan əvvəl Kanada hökuməti ABŞ-la quru sərhədinin tam vaksinasiya olunmuş Amerika vətəndaşları üçün avqustun 9-da açılacağını elan edib.

AZƏRTAC