30 iyul 2021 20:35
484

Müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin müdafiə naziri Hulusi Akar Əfqanıstanın müdafiə naziri Bismillah Xan Məhəmmədi ilə telefonla danışıb.

“İki sahil” xəbər verir ki, nazirlər ikitərəfli münasibətlər, regional təhlükəsizlik və Həmid Kərzai adına Beynəlxalq Hava Limanı ilə bağlı fikir mübadiləsi aparıblar.

H.Akar Türkiyə ilə Əfqanıstanın tarix boyu qarşılaşdıqları çətinliklər qarşısında həmrəylik nümayiş etdirdiklərini, Türkiyənin uzun müddətdir əfqanıstanlı qardaşlarının sülh və təhlükəsiz şəraitdə yaşamaları üçün fəaliyyətlərini davam etdirdiklərini vurğulayıb.

Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın “əfqan xalqı istədiyi zamana qədər Türkiyə onların yanında olacaq” fikirlərini xatırladaraq Əfqanıstanda sülh prosesinin vacib olduğunu ifadə edib.