31 iyul 2021 00:54
753

Sumqayıtda 20 yaşlı gənc itkin düşüb

Sumqayıtda 2001-ci il təvəllüdlü Timur İsayev 12 gündür itkin düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə “Report”a onun anası məlumat verib.

Məlumata görə, gənc iyulun 18-də səhər saat 7 radələrində evdən çıxıb və bu günə kimi geri qayıtmayıb. O, sonuncu dəfə 13-cü mikrorayon ərazisində görünüb. T.İsayevi görənlərdən və ya onun barəsində məlumatı olanlardan 077 302 81 54 nömrəli əlaqə telefonuna zəng etmələri xahiş olunur.