02 avqust 2021 23:34
959

"Axmat" - "Soçi" matçında meydanda diri ilan aşkarlanıb - VİDEO

Futbol üzrə Rusiya Premyer Liqasında II turun "Axmat" - "Soçi" matçında meydanda diri ilan aşkarlanıb.

“İki sahil” xəbər verir ki, mübahisəli epizoda VAR vasitəsilə baxış zamanı stadion əməkdaşları ilanı yaba ilə meydandan çıxarıblar. Oyun isə 3 dəqiqəyədək dayandırılıb.