Türkiyə Futbol Federasiyasında (TFF) Superliqanın 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, püşkün nəticəsinə əsasən, ilk turda üz-üzə gələcək komandalar müəyyənləşib. Mövsümün açılış turunun qarşılaşmaları avqustun 14-17-də oynanılacaq.
Çempionatda qış fasiləsi dekabrın 21-də başlayacaq. Komandalar yanvarın 15-dən etibarən yenidən mübarizəyə qoşulacaqlar. Mövsümə isə 2027-ci il mayın 23-də yekun vurulacaq.
TFF bildirib ki, mövsümün təqvimi simmetrik sistem əsasında hazırlanıb. Bu səbəbdən ikinci dövrənin oyunları ilk dövrənin tam əksi ardıcıllığında keçiriləcək.
Türkiyə Superliqası
I tur
"Qaziantep" – "Alanyaspor"
"Kasımpaşa" – "Trabzonspor"
"Başakşəhər" – "Kocaelispor"
"Amedspor" – "Ərzurumspor"
"Gənclərbirliyi" – "Fənərbağça"
"Konyaspor" – "Rizespor"
"Qalatasaray" – "Çorum"
"Beşiktaş" – "Eyüpspor"
"Samsunspor" – "Göztəpə".