03 avqust 2021 18:23
1015

Gömrük Komitəsi büdcə öhdəliyinə 113 faiz əməl edib

Dövlət Gömrük Komitəsi cari ilin yanvar-iyul ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 113,44 faiz əməl edib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, nəzərdə tutulan proqnozdan əlavə 287,14 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.