19 avqust 2021 10:15
951

İsveçin ən yüksək dağ zirvəsi kiçilib

Buzlaqla örtülü olan İsveçin ən yüksək dağ zirvəsi Kebnekaysenin cənub zirvəsində sürətli ərimə qeydə alınıb.

“İki sahil” Oxu.Az-a istinadən xəbər verir ki, bu səbəbdən dağın hündürlüyü təxminən iki metr azalıb və indi dəniz səviyyəsindən 2 094.6 metr yüksəklikdə yerləşir.

Bu barədə Stokholm Universitetindən məlumat verilib.

Hazırda Kebnekaysenin ən yüksək zirvəsi buzlaq olmayan şimal zirvəsidir.

Şimal zirvəsinin hündürlüyü 2 096.8 metr təşkil edir.

Qeyd edək ki, BMT-nin İqlim Komissiyasının son hesabatında qlobal istiləşmənin buzlaqların görünməmiş əriməsinə səbəb olduğu vurğulanıb.