15 sentyabr 2021 02:58
1249

Tanıdığımız və tanımadığımız Hindistan

Hamıya məlumdur ki, Hindistan dünyada əhalisinin sayı ən çox olan ölkələrdən biridir. Lakin əminik ki, aşağıdakı məlumatlarla ilk dəfə tanış olacaqsınız:

1. Hindistan və Pakistanda demək olar ki, eyni sayda əhali islam dininə itaət edir. Lakin Hindistanda bu, ümumi əhalinin 14 %-ni, Pakistanda isə 97 %-ni təşkil edir.

2. Hindistanın Mumbay şəhərətrafı qatarları gündə ortalama 7,58 milyon sərnişin daşıyır. Bu, Yeni Zelandiya və Bolqarıstan da daxil olmaqla bir çox ölkənin əhalisindən çoxdur.

3. Yalnız Uttar Pradeş əyalətində olan əhali bütün Braziliya əhalisindən daha çoxdur.

4. 2011-ci ildə Hindistanda 315 milyon tələbə var idi ki, bu da Rusiyanın bütün əhalisindən iki dəfə çox idi.

5. Hindistanda ingilisdilli insanların sayı Böyük Britaniyadakından çoxdur.

6. 1901-2001-ci illər ərzində Hindistanın əhalisi inanılmaz dərəcədə- 322% artaraq, 238 milyondan 1.028 milyarda çatmışdı.

7. 65 milyondan çox hindli yoxsul məhəllədə yaşayır.

8. Hindistanda əhalinin ümumi orta sıxlığı hər kvadratkilometrə 382 nəfər olsa da, Bihar əyalətində bu rəqəm daha təəccüblüdür- hər kilometrə 1102 nəfər.

Nubar Süleymanova, “İki sahil”