23 sentyabr 2021 15:44
850

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri şəhidin ailəsini ziyarət ediblər FOTO

Dövlətin şəhid ailələrinə və Vətən müharibəsi iştirakcılarına göstərdiyi diqqət və qayğının davamı olaraq AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri şəhid leytenant Abbasov Teymur Feyruz oğlunun ailəsini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki,  Yeni Azərbaycan Partiyasının Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının sədri s.e.ü.f.d. Sənan Həsənov, Vətən müharibəsi iştirakcısı fəl.e.ü.f.d. aparıcı elmi işci Radif  Mustafayev, Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, İnstitutun Gənc Alimlər Şurasının sədri Tünzalə Musayeva və Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev şəhidin övladları Abbasov Feyruz və Abbasov Siyrusun qayğıları və mövcud yaşayış şəraiti ilə yaxından tanış olublar.

Görüşdə alimlər 44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan mərd oğullarımızın göstərdiyi şücaətin və qəhrəmanlığın dünya hərb tarixindəki möhtəşəmliyi və özünəməxsusluğu haqqında şəhid ailəsi ilə fikirlərini bölüşüblər. Qeyd edilib ki, şəhidlik zirvəsi kimi uca məqama yüksəlmiş qəhrəmanlar hər bir vətəndaş ücün örnəkdir. Onların Vətənə olan sonsuz məhəbbətinin gənc nəslin tərbiyyəsində və dövlətcilik şüurumuzun inkişafında müstəsna əhəmiyyəti qeyd edilib. Vətən müharibəsində qazanılan Qələbənin xalqımızın Ali Baş Komandanın ətrafında sıx birliyi nəticəsində mümkün olduğu vurğulanıb.

Ziyalılar şəhid övladlarına məktəb ləvazimatları və s. yardımlar ediblər.

Şəhidin ailəsi və övladları onlara göstərilən diqqət və qayğıya görə dövlət başcısına minnətdarlıqlarını bildiriblər.