Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının fəalları Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Vətən müharibəsi şəhidləri Hacıyev Rüstəm Firqani oğlunun, Məmmədov Taleh Arif oğlunun və mülki şəhidlər İbrahimov Şahin Mahmud oğlunun, Mehdiyeva Ayna Məhəmmədəli qızının şəhadətlərinin ildönümünə həsr olunan mərasimlərdə iştirak ediblər.
“İki sahil” xəbər verir ki, mərasimdə şəhidlərin valideyinlərinə dərin hüznlə başsağlığı verilib, xatirələri ehtiramla yad edilib.
Allah şəhidlərimizə rəhmət eləsin.