Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo haqqında danışıb.
“İki sahil” xəbər verir ki, o, müsahibəsində Ronaldo ilə İslam dinini müzakirə edib-etmədiyi haqqında suala belə cavab verib: "Ronaldo daim bu sözlərdən istifadə edir: "Salam aleykum", "İnşallah" (gülür). O, İslam dinini başa düşür. Düşünürəm ki, Ronaldo öz inancına sadiqdir. Mən də öz inancıma. İnsanlarla görüşəndə heç vaxt "Hey, sən hansı dinə inanırsan?" - deyə soruşmuram. Bu, yalnış davranışdır. Heç vaxt insanlarla dinləri, inandıqları şeylər haqqında danışmıram. Ona görə də Ronaldo ilə İslam dinini müzakirə etməmişəm".