Misli Premyer Liqasının 33-cü turunda “Neftçi” “Kəpəz”i qəbul edib.
“İki sahil”in məlumatına görə, oyunun 24-cü dəqiqəsində Aleks Fernandes hesabı açıb. 50-ci dəqiqədə Luis Paçu bərabərlik qolunun müəllifi olub.
70-ci dəqiqədə qırmızı vərəqə alan Elvin Camalov "Neftçi" azlıqda qoyub. 63-cü dəqiqədə isə Camal Cəfərov gəncəliləri hesabda önə çıxarıb – 1-2.
Yarışda son nöqtəni 90+6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Emin Mahmudov qoyub. Onun qolu sayəsində Bakı təmsilçisi məğlubiyyətdən xilas olub - 2-2
Misli Premyer Liqası,
33-cü tur
4 may
20:00. “Neftçi” 2–2 “Kəpəz”
Qol: Aleks Fernandes, 24 (1-0), Luis Paçu, 50 (1:1), Camal Cəfərov, 63 (1:2), Emin Mahmudov, 90+6 - pen. (2:2)
Qırmızı vərəqə: Elvin Camalov, 70 ("Neftçi")
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
“Neftçi Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”