18 oktyabr 2021 13:15
872

Şəhid Sətdar Mehdiyevin şəhadətinin ildönümü qeyd edilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının rəhbərliyi və fəalları İkinci Qarabağ müharibəsi şəhidi Mehtiyev Sətdar Raqif oğlunun şəhatətinin ildönümü ilə əlaqədar təşkil olunmuş mərasimdə iştirak ediblər.

“İki sahil” xəbər verir ki, YAP fəalları şəhidin məzarını ziyarət edərək üzərinə tər çiçəklər düzüblər.

Eyni zamanda ruhuna dualar oxuyub əziz xatirəsini anıblar.