28 oktyabr 2021 17:06
1825

Kitab oxumaq lazımdır, kitab...

Dünyanın  ən bahalı kitabı kimi tanınan “Mormon” kitabının ikinci əlyazması 2017-ci ildə  35 milyon dollara satılıb. Həmin kitab İsa Peyğəmbərin adını daşıyan Müqəddəs Kilsə tərəfindən alınmışdı.Qeyd edək ki, bundan əvvəl dünyanın ən bahalı kitabı “Lesterin kodeksi” idi. Leonardo da Vinçi tərəfindən yazılmış elmi əsərlərin toplusu olan bu kitab indiyə kimi dünyada satılmış ən bahalı kitab idi. 1994-cü ildə Bill Geyts "Lester kodeksi"ni 30802500 ABŞ dollarına almışdır.

Heç bilirdinizmi ki,  braziliyalı məhbuslar kitab oxumaqla cəzalarını azalda bilərlər?

Braziliyada məhbus tərəfindən  hər oxunan kitab cəza müddətini dörd gün azaldır.  Çox maraqlıdır ki, kitabı oxuduqdan sonra  məhbus öz təəssüratlarını ifadə etmək üçün bir hesabat yazaraq onu həqiqətən oxuduğunu sübut etməlidir.

Yer üzündə ən qədim kitab “Prissanın papirusu”dur. Bu kitab bizim eradan əvvəl 3350-ci ildə yazılıb. Təbii ki, kitabı Fiv şəhərindəki piramidalardan birində tapıblar. Papirusun məzmunu bu gün də tamamilə aktual olan bir mövzuya həsr olunub. Bu, nəsillərin konfliktidir. Papirusun müəllifi gənclərin əxlaqsız, tənbəl və tərbiyəsizliyindən şikayətlənir. Göründüyü kimi, beş min ildən də artıq bir müddət ərzində heç nə dəyişməyib. 

Britaniyalı Şeridan Simov tərəfindən nəşr olunan "Seksdən başqa bütün kişilər nə  haqqında  düşünürlər" kitab 200 səhifədən ibarətdir və  çox maraqlıdır ki,  onların hamısı boşdur.

Alimlər hesab edirlər ki, uşaqlara kitab oxumağı öyrətmək üçün ən uyğun yaş 4-6 arasıdır. Tədqiqatlar göstərir ki, 6-7 yaşdan sonra uşaqları oxumağa öyrətmək daha çətin olur.

Statistikaya görə, kitablarının 68 %-ni qadınlar alır.

Dünyanın ən darıxdırıcı kitabların siyahısına “Hərb və sülh”, “Cinayət və cəza”, “Uliss”, “Əl-kimya” və “Harri Poter və Od Qədəhi” əsərləri daxildir.  

ABŞ-da aparılan araşdırma nəticəsində məlum olub ki, orta məktəbdə  kitab oxuyan uşaqların  gələcəkdə narkoman olmaq və ya həbsdə düşmək ehtimalları azdır.

Heç bilirdinizmi ki, kitab oğrularına bileokliptoman deyirlər. Dünyada ən məşhur kitab oğrusu kimi tanınan Stiven Blumberqdir. Kitablara qarşı olan böyük sevgisinə görə,o, oğurluğa əl atır. Stiven 268 müxtəlif kitabxanadan 23 minə yaxın kitablar oğurlayır.Həmin kitablardan Stiven çox böyük bir kolleksiya yaratmışdı. Həmin kolleksiyanın dəyəri təxminən 20 milyon dollardır. Çox maraqlı faktlardan biri də odur ki, Blumberq oğurladığı kitabları ventilyasiya və ya lift şaxtası yolu ilə kitabxanadan çıxarırdı.

Məşhur “Penguin” nəşriyyat evi yumuşaq üzlü kitablar nəşr etməyə başlayıb. Qeyd edək ki, bu tip kitabların ilk nəşri insanlara kilsədə paylanmışdı.

“İyel” universitetinin apardığı araşdırmalar müəyyən edib ki, ibtidai siniflərdə zəif oxuyan uşaqların ¾ hissəsi digər siniflərdə də zəif oxuyur.

Ədəbiyyatşünaslar Şekspirin əsərlərində işlənən “sevmək” sözünü sayıblar. Bu söz sənətkarın əsərlərində 2259 dəfə, ”nifrət” sözü isə cəmi 229 dəfə işlənib.   

Kitaba görə ən böyük qonorarı şair Oppian alıb. O, iki poemasının – “Balıq ovu” və “Ov” – hər sətrinə bir qızıl sikkə qazanıb. Kitabdakı sətirlərin ümumi sayı iyirmi min idi. Pul Roma imperatoru Mark Avrelin tərəfindən ödənilib.

Dünyada ən çox oxunan kitaba gəldikdə isə birinci yeri “İnci” tutur, ümumi tirajı – 6 milyard nüsxədir. İkinci yer  Mao Tszedunun sitatlarınındır. Üçüncü yer isə hələ ki, “Üzüklər şahzadəsi”nə məxsusdur.

ABŞ-da hər ay 100- dən çox roman nəşr olunur.İndiana ştatının universitetinin baş kitabxanası onda mövcud olan kitabların çəkisinə görə hər il 2.5 sm yerə yüklənir.

Qədim fars məmurlarından biri dəvələrin belində əlifba sıralaması ilə düzülən kitabxana gəzdirirdi. Həmin kitabların sayı təxminən 117 mindən çox idi.

Adambaşına kitabların sayı İslandiyada ABŞ-dan 4 dəfə çoxdur.

1500-ci ildə artıq 10 000 000 kitab çap olunmuşdu.

18-ci əsrdə dünyada ən çox satılan kitab, məşhur Fransa yazıçı və filosofu Deni Didro tərəfindən yığılmış “Didro ensiklopediyası”dır.

Samirə Tağıyeva, “İki sahil”