İmişli Rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının rəhbərliyi, şəhid ailələri və qazilər İkinci Qarabağ müharibəsi şəhidləri gizir Quliyev Əli Tədbir oğlunun və Bayramov Elnur Şəmsi oğlunun məzarılarını ziyarət edərək onların əziz xatirələrini yad ediblər.
“İki sahil” xəbər verir ki, ziyarətçilər Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və valideynlərinə səbr diləyərək onların problem və qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, İmişli ictimaiyyəti şəhidlərin qəhrəmanlıqlarını yüksək qiymətləndirərək, onların ruhuna ehtiram göstərir, xatirəsini uca tuturlar. Ona görə də rayonda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər davamlı olaraq keçirilir.