03 noyabr 2021 12:21
738

Fatih Terimin maaşı məlum oldu

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin illik maaşı açıqlanıb.

“İki sahil” xəbər verir ki, klubun vitse-prezidenti Rezan Epözdemir son günlər Türkiyə mətbuatında Terimin maaşı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. O, “ntvspor”a açıqlamasında bildirib: "Məşqçimiz 18 milyon TL, yani 2 milyon avro alırdı. Yeni müqavilədən sonra illik maaşı 21 milyon TL (təqribən 3.701.651 manat) oldu".

Qeyd edək ki, Fatih Terim 2017-ci ildən “Qalatasaray”ı çalışdırır.