03 noyabr 2021 18:09
955

Şuşada parad keçiriləcək?

Bu gün sosial şəbəkələrdə və bəzi media orqanlarında Zəfər günü ilə bağlı Şuşada parad keçiriləcəyi haqda məlumat yayılıb.

“İki sahil” xəbər verir ki,  bu informasiya doğru deyil: “Şuşada hər hansı hərbi parad nəzərdə tutulmur”.

Mənbə onu da əlavə edib ki, belə mühüm məsələlərlə bağlı təsdiqlənməmiş məlumatların yayılması yolverilməzdir: “Media nümayəndələri bu cür informasiyaları dövlət qurumları ilə dəqiqləşdirməlidirlər”.