25 noyabr 2021 20:38
953

Türkiyədə təcili toplantı: Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirib/YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclas 3 saatadək davam edib.

İclasdan sonra yayılan bəyanatda qeyd olunub ki, iclasın əsas müzakirə mövzusu Türkiyənin iqtisadiyyatı olub: “Türkiyə Respublikasının 100-cü ildönümündə hər sahədə olduğu kimi iqtisadiyyat sahəsində də güclənməyə qərar verilib”.

Müzakirə edilən digər məsələ ölkə daxilində və xaricdə terrorla mübarizə sahəsində atılan addımlar və bu sahədəki mövcud vəziyyət olub.

İclasda həmçinin regional məsələlər – Qafqaz, Balkan ölkələri, Egey, Qara dəniz, Aralıq dənizi, Yunanıstan və Suriyadakı son vəziyyətlə bağlı məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurası toplanıb.

“İki sahil” Anadolu Agentliyinə istinadla xəbər verir ki, iclasda Şərqi Aralıq dənizi, Əfqanıstan, Suriya və Qarabağdakı vəziyyət müzakirə olunur.

Regional hadisələr başlığı altında Suriyanın şimalındakı terror təşkilatları başda olmaqla son vəziyyət müzakirə edilir.

Həmçinin, bildirilib ki, Yunanıstanın və Şərqi Aralıq dənizinin yunan tərəfinin təxribatçı addımları qarşısında atılacaq addımlar müzakirə olunur.

Əfqanıstan, Liviya və Qarabağdakı son vəziyyət dəyərləndiriləcək.