27 noyabr 2021 22:54
679

Miloş Zeman xəstəxanadan evə buraxılıb

Çexiyanın koronavirus aşkarlandığı 77 yaşlı Prezidenti Miloş Zeman xəstəxanadan evə buraxılıb.

“İki sahil” xəbər verir ki, Prezident ambulator müalicə kursu keçəcək.

Qeyd edək ki, noyabrın 25-də dövlət başçısının COVID-19 testi müsbət olub. Miloş Zeman həkimlərin tövsiyəsi ilə Praqadakı hərbi hospitala yerləşdirilmişdi.

O, oktyabrın 10-dan noyabrın 25-dək bu xəstəxanada müalicə kursu keçmişdi. Zeman bir neçə gün bundan əvvəl koronavirus əleyhinə üçüncü peyvəndi vurdurub.