28 noyabr 2021 00:49
781

ÜST rəsmisi: Afrikada riskli vəziyyətlər yarana bilər

"Bu ştamma qarşı hər hansı peyvəndin effektiv olmayacağı barədə danışmaq çox tezdir. Hazırda mütəxəssislərimiz "omikron"un nə qədər təsirli olub-olmadığını araşdırır. Bu səbəbdən onun peyvənddən yan keçəcəyini söyləmək düzgün deyil".

“İki sahil” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç deyib.

Vujnovic əlavə edib ki, Afrikada kifayət qədər peyvənd olmadığına görə riskli vəziyyətlər yarana bilər.

Bundan əvvəl ÜST yeni ştamla bağlı fövqəladə iclasdan sonra koronavirusun Afrikada aşkar edilmiş variantından narahatlıq ifadə edib. İsveçrə tibb orqanlarına görə, hazırkı peyvəndlər yeni varianta qarşı daha az təsirli ola bilər.