Şamaxı rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, rayonun Çuxuryurd kəndindən olan bir ailənin üzvləri - 1958-ci il təvəllüdlü Şahvələdov Ədalət Valeh oğlu, 2011-ci il təvəllüdlü İsfəndiyarov Kamil Ədalət oğlu və 1981-ci il təvəllüdlü İsfəndiyarova Aidə Kərəm qızı dəm qazından zəhərlənib.
Onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.