11 yanvar 2022 14:22
1381

Davranış pozuntusunun səbəbləri nə olar bilər?

Uşaqların daxilində olan aqresiyanın, mənfi emosiyaların davranışda büruzə verməsi, davranış pozuntusu adlanır. Davranış pozuntusu zamanı uşaqda hansı mənfi xüsusiyyətlər özünü göstərir?

Qəzəbli olur.

Qarşısındakı insanı qorxutmaq.

Yalan danışmaq və ya hadisəni olduğundan həddindən artıq şişirtmək.

Vulqarizm işlətmək.

Altını islatma.

Yemək pozuntusu.

Dırnaq yemə

Saç qoparma.

Başqalarına ziyan vurmaq istəyi.

Əşyalara, heyvanlara zərər yetirmək

Çox zaman davanı yaradan şəxs olaraq çıxış edir.

Başqalarının əşyalarına zərər vermək.

Oğurluq etmək.

Yuxu problemi.

Davranış pozuntusundan söz etmək üçün hansı kriteriyalara diqqət etmək lazımdı?

Uşağın sərgilədiyi davranışın yaşına uyğun olub-olmadığını müəyyən etmək;

Həmin davranışın hansı zaman müddətində yaşamasına diqqət etmək;

Davranışın nə qədər sərgiləndiyinə diqqət etmək lazımdır.

Davranış pozuntusunun səbəbləri nə olar bilər?

Özünü təsdiqləmək istəyinin olması.

 Valideynləri və ətrafında olanların diqqətini çəkmək istəyi.

Valideynlərinə və ətraf çevrəsindən intiqam almaq istəyi.

Araşdırmalar göstərir ki, davranış pozuntusunun yaranmasının səbəbininyüksək faizi, sevgi məhrumiyyəti, şiddətin göstərilməsi səbəb olur.

Davranış pozuntusu olan uşaqlara valideynlər necə münasibət göstərməlidirlər?

Onlarla birlikdə daha çox zaman keçirməli, sevgilərini daha çox hiss etdirməli, problemləri ilə yaxından tanış olub, dəstək verməlidirlər.

Valideynlərin etməməsi lazım olan, digər davranış nümunələrindən:

1)Bağırmaq.

2) Fiziki və psixoloji şiddət göstərmək.

3) Susdurmağa çalışmaq.

Bütün bunlar valideyn-övlad arasında hörmət bağlarının qırılmasına səbəb olacaqdır. Çünki övladında davranış pozuntusu olan valideynlər də ilkin etməli olan addım, valideyn-övlad arasında hörmət bağının möhkəmləndirməkdir.

Kiçik yaşlı uşaqlarda davranış pozuntusunun korreksiyası daha asan olur. Yaşa dolduqca isə bir sıra çətinliklərlə qarşılanır.

Davranış pozuntusunu korreksiya etmək üçün psixoloqa müraciət etmək lazımdır. Psixoloq koqnitiv terapiya, və.s  terapiyalardan istifadə etməklə bu problemi aradan qaldırır.

 Zumrud Haqverdiyeva