14 yanvar 2022 21:33
1133

Türkiyədə yoluxma sayı açıqlandı: 167 nəfər vəfat edib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 167 nəfər dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 392 min 438 nəfərin test edildiyi, 67 min 857 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 56 min 256 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.