20 yanvar 2022 11:13
687

Türkiyə səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“İki sahil” xəbər verir ki, səfirlik bununla bağlı "Twitter" hesabında paylaşım edib.

"1990-cı il yanvar ayının 20-də baş verən hadisələrin 32-ci ildönümündə faciə nəticəsində şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edirik.

Türkiyə dövləti olaraq Ümumxalq Hüzn Günündə də qardaş Azərbaycanın kədərini bölüşürük", - deyə paylaşımda qeyd olunub.