Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi-psixoloji və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını, eləcə də faciə qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində tədbirlər keçirilib, 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər, videoçarxlar və kitab sərgiləri nümayiş etdirilib.
Azərbaycan Ordusunda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib