21 yanvar 2022 17:14
602

Qurultaya hazırlıq işləri başlayıb - Yazıçılar Birliyi

“Qurultaya hazırlıq işləri başlayıb, məruzə günləri təyin olunub, hazırda məruzəçilər məruzələrini hazırlayır”.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Yazıçılar Birliyindən (AYB) bildirilib.

Qeyd olunub ki, yanvarın 26-dan etibarən məruzələrin dinlənməsinə başlanacaq.

Xatırladaq ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü ildə keçirilib. Növbəti qurultayın bu il Şuşa şəhərində baş tutması gözlənilir.