18 fevral 2022 20:50
1526

Çevik Polis Alayının qərargah rəisi yüksək vəzifəyə təyin edilib

Çevik Polis Alayının qərargah rəisi, polis polkovniki Elnur Kərimov tutduğu vəzifədən azad edilib.

“İki sahil” xəbər verir ki,  bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb

Əmrə əsasən, o, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib. ("Report")