Ötən il bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 76 mln. ədəd, həcmi isə 224,5 mlrd. manat təşkil edib.
"İki sahil"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə aparılan köçürmələrin say üzrə 80%-i (60.4 mln. ədəd), həcm üzrə isə 73%-i (163.1 mlrd. manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.
2021-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2020-ci illə müqayisədə 63% artaraq 142 mlrd. manat olub. Bundan əlavə, 2021-ci il ərzində mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi də 2020-ci illə müqayisədə 2,8 dəfə artaraq 3,9 mlrd. manat çatıb.