01 mart 2022 18:42
2091

Aşıq Əhliman xəstəxanaya yerləşdirilib

Aşıq Əhliman Rəhimov əməliyyat olunub. 

“İki sahil” xəbər verir ki, aşığın ürəyində problem yaranıb. Vəziyyəti ağırlaşan ifaçı xəstəxanaya yerləşdirilib. Bu haqda onun yaxınları məlumat yayıb.

Aşıq ötən gün əməliyyat olunub. Hazırda özünü yaxşı hiss edən əhliman Rəhimov həkim nəzarətindədir.