Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Ağdam Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış proqramı çərçivəsində köçürülən sakinlərin məşğulluğunun təminatı istiqamətində görülən işlər diqqətə çatdırılıb. Bu ərazilərdə icra olunan məşğulluq proqramları barədə məlumat verilib, həmçinin mövzu üzrə təqdimat edilib.
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlər üçün güzəşt və imtiyazlardan bəhs olunub.
Qarabağ və Şərqi Zəngəzura köçürülməsi planlaşdırılan sakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə əməkdaşlıq imkanlarına, əmək yarmarkalarında şirkətlərin aktiv iştirakına dair məsələlər müzakirə edilib, suallar cavablandırılıb.
Sonda Agentliyin fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri dinlənib.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub