04 mart 2022 14:11
570

S7 Bakıya aviareyslərini ləvğ edib

Rusiyanın S7 aviaşirkəti ölkənin müxtləlif şəhərlərindən Bakıya yeddi reys üzrə uçuşları ləvğ edib.

"İki sahil"in şirkətə isitanən verdiyi məlumata görə, Mineralnıye Vodı-Bakı-Mineralnıye Vodı (S7 6641 / S7 6642), Novosibirsk-Bakı-Novosibirsk, (S7 5571 / S7 5572), Samara-Bakı-Samara, (S7 6463 / S7 6464), Həştərxan-Bakı-Həştərxan, (S7 6465 / S7 6466), Volqoqrad-Bakı-Volqoqrad, (S7 6467 / S7 6468), Krasnodar-Bakı-Krasnodar, (S7 6459 / S7 6460), Mahaçqala-Bakı-Mahaçqala, (S7 6587 / S7 6588) reysləri ləğv olunub.

Qeyd edək ki, bundan əlavə, S7 Avstriya, Ermənistan, Bolqarıstan, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Qazaxıstan, Kipr, Qırğızıstan, Moldova, Tacikistan, Fransa, Misir, Tayland, Cənubi Koreya, Türkiyə, BƏƏ, Özbəkistana 100 beynəlxalq reysi ləvğ edib. Ən çox reys Tacikistana və Özbəkistan istiqamətində ləvğ olunub.