22 aprel 2022 18:24
759

"İnformasiya təhlükəsizliyi ixtisası" digər ali məktəblərdə də tədris ediləcək

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Akademiyasında tədris olunan "İnformasiya təhlükəsizliyi ixtisası" digər ali məktəblərdə də tədris ediləcək.

“İki sahil” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, bu ixtisas bu ildən 3, gələn ildən isə 11 ali təhsil müəssisəsində olacaq.

"Burdaa keyfiyyəti təmin etmək üçün DTX-nın əməkdaşları və beynəlxalq ekspertlərlə birlikdə yeni tədris proqramının yaradılmasının üzərində işləyirik", - deyə nazir əlavə edib.