17 may 2022 10:06
830

“4 seasons of Shusha” layihəsinin ilk iştirakçısı Azərbaycana gəlib

"4 seasons of Shusha” beynəlxalq fotoqrafiya layihəsinin ilk iştirakçısı Hüseyn Taşkın Azərbaycana gəlib.

Mədəniyyət Nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, fotoqraf beynəlxalq layihədə Şuşanın yaz fəsillərinə aid şəkillər çəkəcək. O, 16-23 may tarixlərində ölkəmizdə olacaq.

Qeyd edək ki, layihə Şuşanın dünya miqyasında tanıdılması üçün çağırış məqsədilə həyata keçirilir. Məqsəd Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi Şuşanı dünyaya tanıtmaqdır.