18 may 2022 00:33
569

YAP Göygöl rayon təşkilatında gənclərlə görüş keçirilib

Mayın 17-də YAP Göygöl rayon təşkilatında ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçiriləcək Göygöl rayonundan vəsiqə qazanmış YAP gəncləri ilə görüş keçirilmişdir.

“İki sahil” xəbər verir ki, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev 19 may 2022-ci il tarixdə Bakı şəhərində keçiriləcək “Rəqəmsal İdeya Müsabiqəsi”ndə iştirak üçün vəsiqə qazanmış, öz innovativ yanaşmaları ilə fərqlənən YAP gənclərindən Novruzzadə Sərdar İbrahim oğlu, Novruzzadə Günay Zahid qızı və Abbasova Nərmin Akif qızı ilə səmimi söhbət aparmış, YAP gənclərinə xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunacaq komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparmaları, gələcəyin çağırışlarına öz töhfələrini vermələri tövsiyə olunmuş, yüksək nəticələr qazanmaları arzu edilmişdir.

Yenilikçi gənclər 1-ci “Rəqəmsal İdeya Müsabiqəsi” zamanı komanda yarışlarında öz bilik və bacarıqlarından istifadə etməklə yüksək nəticələr əldə edəcəklərinə əminlik ifadə etmişlər.