18 may 2022 10:40
738

Birinci Bakı Beynəlxalq Piano Festivalı keçiriləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 20-dən 27-dək Bakıda ilk dəfə Beynəlxalq Piano Festivalı keçiriləcək.

Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, festival dünyanın hər yerindən olan virtuoz pianoçulara özünü Bakı səhnəsində nümayiş etdirməyə imkan verəcək.

Festival çərçivəsində şəhərin bir neçə konsert müəssisəsində 15-ə yaxın konsertin keçirilməsi nəzərdə tutulub. Həmin konsertlərdə ilk dəfə olaraq pianoda mümkün olan bütün janrların – caz, flamenko, tanqo, klassik və s. ifası planlaşdırılıb.