12 iyun 2022 12:49
825

Lerikdə Vətən müharibəsi şəhidi Ceyhun Səfərovun doğum günü xatirəsi anılıb - FOTO

Lerik rayonun Cənginəvud kəndində Vətən müharibəsi şəhidi Səfərov Ceyhun Akif oğlunun doğum günü xatirəsi anılıb.

“İki sahil” xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin,Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının və şəhidin ailə üzvləri şəhidimizin məzarını ziyarət edib önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Ceyhun Akif oğlu Səfərov 12 iyun 1995-ci ildə Lerik rayonunun Cənginəvud kəndində anadan olmuşdur.Səfərov Ceyhun 2020-ci ildə könüllü olaraq Lerik rayon Hərbi Komissarlığında qeydiyyatdan keçir və 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak edir. Füzuli, Cəbrayıl, Zəngilan uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən Ceyhun 20 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonu Cənginəvud kənd qəbiristanlığında torpağa tapşırılır. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı,24.12.2020-ci il tarixli Sərəncamına əsasən"Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.