17 iyun 2022 16:08
386

"Azərsu" ASC "Ən fəal dövlət müəssisəsi" mükafatına layiq görülüb - FOTO

Onlayn İctimai Nəzarət Platforması layihəsinin (www.e-nezaret.az) 1 illik fəaliyyətinə həsr olunmuş  tədbir keçirib. Milli Məclisin deputatı Fatma Yıldırım, USAİD-in ölkə direktoru Jaidev Sinqx, Açıq Hökumət Milli Platformasının koordinatoru Əliməmməd Nuriyev və e-nezaret platformasının rəhbəri Məhəmməd Quluzadə layihənin əhəmiyyətindən danışıb, ötən bir il ərzində platforma ilə sıx əməkdaşlıq edən dövlət qurumlarına təşəkkürünü bildiriblər. 

Qeyd olunub ki, Onlayn İctimai Nəzarət Platforması foto və video sübutu olan problemləri aidiyyati dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Bir il ərzində 845 müraciət qeydə alınıb və onların 70 faizi həllini tapıb.

Tədbirdə, həmçinin 2022-ci ilin mart-may aylarında daxil olmuş müraciətlər və  onların icra vəziyyəti barədə hesabat açıqlanıb. Hesabata əsasən 15 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması üzrə fəal olduğu müəyyən edilib və onlara müvafiq təltiflər təqdim olunub. “Azərsu” ASC vətəndaşların müraciətlərini operativ şəkildə həll edən ən fəal dövlət müəssisələrindən biri kimi mükafata layiq görülüb.

Orxan Vahidoğlu, "İki sahil"