23 iyun 2022 13:42
585

Əsas prioritet azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsidir

"Azərbaycanda kənd təsərrüfatı sektoru olduqca cəlbedicidir".

“İki sahil” xəbər verir ki,  bunu iqtisadiyyat nazirinin müavini İlhamə Qədimova Azərbaycan-Rumıniya hökumətlərarası Komissiyanın 6-cı iclasında çıxışı zamanı deyib.

Nazir müavini xatırladıb ki, Azərbaycanda bu sektor bütün növ vergilərdən azad olunub və müxtəlif subsidiyalarla əhatə edilir:

"Bu gün ölkədə əsas prioritet Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsidir". O, Rumıniya şirkətlərinin ən müasir və innovativ texnologiyalara sahib olduğunu diqqətə çatdırıb və işğaldan azad edilmiş ərazilərdə əməkdaşlığa dəvət edib.

İlhamə Qədimova həmçinin hər il Azərbaycanda keçirilən kənd təsərrüfatı sərgilərindən geniş danışıb. O, həmçinin Rumıniya şirkətlərini bu sərgilərdə öz məhsullarını təqdim etməyə və yaxından iştirak etməyə çağırıb.