24 iyun 2022 08:35
173

Con Kirbi: Finlandiya və İsveçin NATO-ya daxil olacağına əminik

ABŞ Ukraynadakı vəziyyətin səbəb olduğu taxıl böhranının həllində Türkiyənin rolunu alqışlayır.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Bütün dünyada baş verən taxıl böhranının "G7" sammitinin gündəmindəki mövzulardan biri olacağını qeyd edən C.Kirbi, C.Bayden administrasiyasının bu məsələnin həlli üçün səy göstərdiyini deyib:

"Biz Türkiyənin bu məsələdəki rolunu alqışlayırıq. Türkiyə kənd təsərrüfatı məhsullarını dəniz yolu ilə çatdırmaq üçün müəyyən səylər göstərir".

NATO sammitinin əsas mövzularından birinin Finlandiya və İsveçin üzvlük müraciətinə baxılması olacağını vurğulayan C.Kirbi deyib: “Türkiyə, İsveç və Finlandiyanın problemlərini həll edəcəyinə, Finlandiya və İsveçin NATO-ya daxil olacağına əminik. Lakin bu həllin dəqiq vaxtı deyə bilmərəm”.