24 iyun 2022 14:58
887

Günel: Artıq müğənnilər maraqlı deyil, insanlar blogerləri izləyirlər

"Baxırsan ki, kim nalayiq söz danışırsa kütlə onları izləyir. Qınayır, təhqir edir, söyür... Amma canlısında 5-7 min adam var. Özümdən götürürəm, artıq müğənni maraqlı deyil. Blogerləri izləyirlər". 

“İki sahil” xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova "Tarixin bir günü" proqramında danışıb. Sənətçi bildirib ki, hazırda sosial şəbəkədə ifaçılar dəbdən düşüb, insanlar blogerləri daha çox izləyirlər.

Plastik əməliyyatla arıqlamaq istəyən Günel "Cəsarətimi toplayıb gedə bilmirəm" sözlərini söyləyib.