25 iyun 2022 15:03
608

Komando Briqadasının yaradılması Azərbaycan ordusu  üçün yenilikdir

Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi

Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı.

Ümummilli lider dəfələrlə irimiqyaslı təlimlərdə iştirak edərək ordumuzun döyüş vərdişlərinin artırılmasına xüsusi diqqət yetirirdi. Uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusunun maddi-texniki təminatı getdikcə yaxşılaşdı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı daha da artdı, döyüş ruhu, qələbə ovqatı yüksəldi. Bütün bunlar bugünkü qələbəmizin başlanğıcını qoydu. Bu gün inamla demək olar ki, müasir, müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır.

Ümumilli lider dövlətimizin imicini beynəlxalq aləmdə yüksəltdikdən sonra Azərbaycan Ordusunun da dünya ölkələrinin ordularına inteqrasiya etməsinə nail oldu. Həyata keçirilən uğurlu islahatlar nəticəsində ordumuzun beynəlxalq əlaqələri qısa müddət ərzində möhkəmləndi və proses bu gün də davam edir.

 Heydər Əliyevin layiqli davamçısı olan cənab prezident İlham Əliyevin rəhbərliyi altında başqa sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğurlu islahatlar həyata keçirilir.

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. 

Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Komando Briqadasının yaradılması Azərbaycan ordusu  üçün yenilikdir. Çoxsaylı  komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar.

Müşfiq Cəfərov,

Milli Məclisin deputatı