26 iyun 2022 09:46
850

IX Qlobal Bakı Forumu beynəlxalq problemlərin müzakirə edildiyi platformadır

Azərbaycan 2013-cü ildən keçirilməsinə başlanan beynəlxalq səviyyəli Bakı Forumunun növbəti - doqquzuncu tədbirinə ev sahibliyi etmişdir.

Artıq bir ənənəyə çevrilən bu Forum Azərbaycan Prezidentinin himayəsi ilə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirildi. Tədbirdə 50-dən çox ölkədən gələn yüksək səviyyəli nümayəndələr, sabiq və hökumət başçıları, həmçinin digər nüfuzlu qonaqlar da iştirak etmişdir.

Forumda müzakirə edilən mövzular qlobal problemlərlə bağlı oldu. IX Qlobal Bakı Forumun “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən tədbirin panel iclaslarında müzakirə edilən mövzular çox aktualdır. Yüksək təcrübə və bilikləri olan nüfuzlu şəxslərin diskussiyada iştirakı mövcud problemlərin həllində bəlli bir nəticə göstərməlidir.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatları böyük əhəmiyyət kəsb etmişdir. Dövlət başçısı Qafqaz ölkələri üçün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının vacib olduğunu, həmçinin Zəngəzur dəhlizinin önəmini və bu məsələsinin reallaşmayacağı təqdirdə bölgədə sülhün olmayacağını də vurğulayıb.

“Ermənistan bir il yarımdır ki, Laçın yolundan istifadə edir. Bununla da Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhali ilə əlaqə təmin edilir. Ancaq Ermənistan ərazisi vasitəsilə - Zəngəzur dəhlizi ilə Naxçıvanla əlaqə yaradılmayıb. Bu, ədalətli deyil və bununla razılaşmırıq”,-deyə İlham Əliyev əlavə edib.

IX Qlobal Bakı Forumunun sonuncu panel müzakirələri Şuşa şəhərində aparılmışdır. Səfər zamanı qonaqlara Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və bərpası işlərinə baxış, həmçinin ərazilərin minalardan təmizlənmə prosesləri ilə tanışlıq keçirilmişdir.

Əvvəlki illərə nisbətən bu il Foruma qatılanların sayca çoxalması ölkə başçısı İlham Əliyev siyasətinin etimad və inamının yüksək səviyyədə olmasını sübut edir. İştirakçılar Azərbaycan Prezidenti və xalqına tədbirin təşkilinə görə təşəkkür ediblər. Növbəti Forumun ənənəvi olaraq mart ayında keçiriləcəyinə inandıqlarını söyləyiblər.

Həqiqət Həmzəyeva, 
Mərkəzi Neftçilər Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi