27 iyun 2022 16:41
1081

Tom Kruz karyerasındakı ən böyük qonorarını alacaq

Hollivud ulduzu Tom Kruzun "Top Gun: Maverick" filmində ifa etdiyi roal görə  100-200 milyon dollar arasında qonorar ala bilər.

“İki sahil” xəbər verir ki, belə ki, aktyorun filmdən qazancı iki hissədən ibarətdir: Çəkilişdə iştirak üçün birbaşa qonorar (13 milyon dollar), həmçinin filmin kassa gəlirlərinin əlavə faiz. "Top Gun: Maverick" ABŞ prokatında birinci olub və 500 milyon dollar gəlir əldə edib. Blokbasterin dünya miqyasındakı gəliri isə milyard dollar həddinə yaxınlaşıb. Bu o deməkdir ki, Kruz 100-200 milyon dollar arasında gəlir əldə edəcək və bu, aktyorun karyerasında ən böyük qonorar olacaq.

Qeyd edək ki, filmin dünya premyerası 75-ci Kann Film Festivalında olub. Tədbirdə 59 yaşlı aktyor karyerasındakı nailiyyətlərinə görə xüsusi mükafata layiq görülüb.