29 iyun 2022 12:44
1016

Nigar Camalın qızı məzun oldu FOTO

"Avroviziya" təmsilçimiz Nigar Camalın qızı Jasmin məzun olub. 

“İki sahil” xəbər verir ki,  müğənni Londonda yaşayan və təhsil alan övladının fotosunu sosial şəbəkədə yayımlayıb. 

"Qızına baxanda düşünürsən ki, bundan əvvəl necə onsuz yaşamısan? Məzun gecəsi" deyə, Nigar fotolara yazıb. 

Qeyd edək ki, iki qız anası olan Nigar özü Bakıda yaşasa da, övladları İngiltərədə qalır və orada təhsil alırlar.