03 iyul 2022 13:13
1138

Emin Leyla Əliyevanı təbrik etdi - FOTO

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günüdür. 

“İki sahil” xəbər verir ki, Xalq artisti Emin Ağalarov Leyla xanım Əliyevanı təbrik edib. O, "instagram" hesabında fotolar yayımlayaraq bunları yazıb:

"Doğum günün mübarək, əziz Leyla. Bu özəl gündə sənə ən xoş arzularımı çatdırıram. Bu, möhtəşəm övladlarımıza görə sənə təşəkkür edirəm. Daimi dəstəyinə və dostluğuna görə minnətdaram". 

Qeyd edək ki, fotolarda Emin Ağalarov və Leyla Əliyevanın əkizləri Əli və Mikayıl, Əminə yer alıblar.