21 iyul 2022 17:24
602

Azərbaycan güclü orduya malik ölkədir

Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.
Ümummilli Lider Heydər Əliyev

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan çıxışı diqqətimi xüsusilə cəlb etdi.

2020-ci il 27 sentyabr Vətən Müharibəsi başlayandan hamı Ali Baş Komandanın ətrafinda sıx birləşdi. Biz atəşkəs rejiminin yaratdığı imkanlardan faydalanaraq özümüzü inkişaf etdirdik, misilsiz sosial iqtisadi nailiyyətlər qazandıq, dünyaya açıldıq, informasiya cəbhəsində də rəqibi üstələməyi bacardıq, eyni zamanda yüksək təminatlı bir ordu formalaşdırdıq. Düşmən acizliyini, zəifliyini başına ələnən od-alovla, azad edilərək qovulduğu kəndlə, rayonla, şəhərlə, yüksəkliklərlə, verdiyi saysız-hesabsız itkilərlə anladı. Hazırda həmin məhsullar güc strukturlarının sifarişlərinə müvafiq olaraq seriyalı istehsaldadır . Bu, elə də asan məsələ deyil. Bu gün bizim gücümüzü dünya da gördü və anladı. Bu, bizim haqq işimizin təntənəsidir. Biz öz torpaqlarımız uğrunda savaşdıq.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və bu sahədə də biz beynəlxalq əməkdaşlığa verdiyimiz əhəmiyyətlə böyük nailiyyətlərə çata bilmişik. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Əməliyyatlarda Azərbaycanın hərbi sənayesinin istehsalı olan bir sıra silah və texnikalar aktiv istifadə olunmuşdu. Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu müasir silah sistemlərindən , o cümlədən idarə olunan raketlər və pilotsuz uçuş aparatlarından uğurla istifadə etmişdi.

Burnu ovulan düşmən gördü ki, onun qarşısında illər əvvəl nizamsız şəkildə səngərdə düşmənə qarşı vuruşan, bir tərəfdən də başıpozuq qüvvələrin hakimiyyət davası gedən, parçalanmaq təhlükəsi ilə üz-üzə qalan, güzəranının ağırlığı ucbatından olmazın müsibətlər çəkən və bunun ortaq nəticəsi olaraq torpaqlarının bir hissəsi işğal olunan Azərbaycan artıq dünəndə qaldı. Torpaqlarımızı azğın düşmənlərdən azad etmək üçün hər kəs səfərbər oldu. Biz inanırdıq ki, bir gün Qələbə bizimlə olacaq. Çünki biz haqq işi uğrunda vuruşurduq. Hörmətli Prezidentimizin qətiyyətli addımı sayəsində bu gün biz torpaqlarımıza qovuşmuşuq. Biz hər zaman da onun yanındayıq. Onun siyasətini hər zaman dəstəkləyirik . Eşq olsun, Ali Baş Komandana!

Azərbaycanın heç kimin torpaqlarında gözü yoxdur. Ərazilərimizi illərdir işğal altında saxlayan, milyonlarla vətəndaşımızı yurd-yuvasından didərgin salan, sonra özünü məzlum, yazıq kimi göstərən düşmənlə anladığı dildə danışmağın zamanı idi. Hörmətli Prezidentimiz! Siz onlara yaxşıca ibrət dərsi verdiniz. Bizim güclü ordumuz və imkanımız var. İtkilərimiz bizi çox kədərləndirir, lakin milli ordumuzun çevik və layiqli cavab verməsi, uğurlu hərbi əmaliyyatlar, torpaqlarımıza qovuşmağımız, Prezidentimizin prinsipiallığı və qətiyyətli mövqeyi bizim içimizdə qürur və sevinc doğurur. Millətimizin vətənpərvərvərlik əhval-ruhiyyəsi güclənib.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda gənclərin könüllü olaraq cəbhəyə yazılmaları xüsusilə qürur verirdi. Dövlət, dövlətçilik şəhidlərlə qorunub həmişə.Tarix bu qəhrəmanları yaşadacaq, yaşatmaqdadır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki bazasının yaradılması zamanı xarici ölkələrdən hərbi-texniki asılılığı azaltmaq məqsədilə Vətənin müdafiəsini təmin edən ordumuzun hərbi–texniki bazasını gücləndirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Görülmüş tədbirlər nəticəsində ən qısa müddətdə müdafiə təyinatlı məhsullar yaradılmağa başlanılmış və yaratdığımız müdafiə təyinatlı məhsullar silahlanma sistemi müvafiq qaydada silahlanmaya qəbul edilmiş və həqiqətən də müasir hərbi texnika ilə silahlanmış ordumuzun sayəsində qazandıq bu savaşı. Bu gün bizim ordumuz daha da güclənir, doğrudan da müharibə nədir, itki nədir çox yaxşı bilirik. Biz hər an hazır olmaq üçün də əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi inkişaf siyasəti islahatlarının aparılması mövcud hərbi sənaye potensialının gücləndirilməsi və ondan istifadənin səmərəliliyinin yüksəldilməsi sahəsində görülən işlər çox böyük uğurlarla müşayiət olunur .

Bu gün Tanrının sevgi ilə yaratdığı o dağlarda bir daha atəş səsləri eşidilməyəcək, raketlər qurulmayacaq, daha o torpağın dərinliklərində minalar əfi ilan kimi öz qurbanını gözləməyəcək. O torpaqlarda bir daha insan qanı axıdılmayacaq. Müzəffər ordumun əsgəri sayəsində! Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının sayəsində! Çoxdan bəri gözlədiyimiz, həsrətində olduğumuz günlər həyatımıza nəhayət ki, qədəm qoydu. Erməni qəsbkarları ordumuzun gücü, qüdrəti qarşısında duruş gətirə bilməyərək geri çəkildi, bu gün torpaqlarımız işğalçılardan azaddır. Mən fəxr edirəm ki, bu torpaqda doğulmuşam , bu torpağa bağlıyam.

Əflatun Məmmədov,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun (MSN ETİ) I müavini,
YAP Xətai rayon təşkilatının ETİ üzrə ərazi partiya təşkilatının sədr müavini