01 avqust 2022 15:13
2101

Ana dilimiz tariximizin, mədəniyyətimizin daşıyıcısıdr

Bəli Xalqın dili onun mənəviyyatının, tarixinin, mədəniyyətinin daşıyıcısıdr.

Vətənə məhbbəti, Xalq eşqi, Ana dili sevgisi- bu insanın həyat nəfəsi, amalı, yaşamaq eşqidir.

Dünyada çox dil var və bu dillər məxsus olduğu xalqın fəxr mənbəyidir. Bizim ana dilimiz olan Azərbaycan dili digər dillər içərisində zənginliyi, axıcılığı, şirinliyi, mükəmməl olması ilə seçilir. Çünki dil hər bir millətin var olması, yaşama səbəbi, xalqın mənəvi sərvəti, tükənməz xəzinəsidir.

Mənim doğma dilimdə tarixin min illik sınaqlarından çıxaraq, cilalanıb təkminləşib günümüzə qədər gəlib çatıb. Tomiris ananın sinəsindən qaynaqlanıb, Şair Həsənoğlunun şeirlərində ilk puçurlarını tökən, Şah İsmayıl Xətainin şeirlərində qafiyələnən, Vaqif şeirində şirinləşən, Aşıq Ələsgər qoşmalarında musiqiləşən, S. Vurğun, M.Müşfiq, S. Rüstəm, R.Rza poeziyasında yetkinləşən ulu Şəhriyarın lirikasında kövrəkləşən, Bəxtiyar yaradıcılığında fəlsəfi məzmun daşıyan, Ulu dilim, Ana Dilim, mənim Azərbaycan dilim.

Təsadüfi deyildir ki, dil açan körpənin ilk sözü “ANA” kəlməsi olur. Beləcə “Ana” kəlməsi ilə açılan dilimiz getdikcə zənginləşir, biz onun vasitəsilə elm xəzinəsinə yiyələnir, eləcə hisslərimizi, duyğularımızı həyata baxışlarımızı, sevgimizi ifadə edirik.

Bütün dünyaya səpələnmiş azərbaycanlıların ana dili olan Azərbaycan dilinin möhtəşəmliyi onun qədim tarixə malik olmasından qaynaqlanır.

Zaman-zaman bir millət olaraq xalqımız tarix səhnəsindən çıxarmağa çalışan düşmənlərimiz ilk növbədə dilimizi məhv etməyə səy göstəriblər. Amma buna nail olmağa heç birinin gücü çatmayıb. Çünki, dilimizin özəlliyi uzaq keçmişdən dövr etmək millətin varlığına, qanına, canına hopub. Əcdadlarımız Azərbaycan dilini yad təsirlərdən qoruyub saxlamış, yaşatmış, ən qiymətli ərmaəğan kimi gələcək nəsillərə ötürmüşdür. Azərbaycan dili Türk dilləri ailəsinin Oğuz qurupuna daxildir. Bu gün dilimiz zəngin ifadə vasitələrinə mükəmməl, qrammatik quruluşa, kamil əlifbaya geniş ifadə imaknlarına malik bir dil səviyyəsinə gəlib yüksəlmişdir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünya görüşünün formalaşmasında mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızı səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi xalqımızın öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin eyni zamanda, dilin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.

Ana dlinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsidir.

2002-ci il sentyabrın 30-da  “Azərbaycan Respublikasının Dövlət dili haqqında” Qanunun qəbul edilməsi, Azərbaycan dilinin dövləti dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli, mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur.

Bu sənəd Ümumilli lider Heydər

Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətin, qayğısının parlaq nümunələridən biridir. Bu gün Ana dilimiz çiçəklənmə dövrünü yaşayır. Belə ki, bu dildə elmin, texnikanın müxtəlif sahərlərinə aid saysız-hesabsız sanballı kitablar yazılıb, lüğətlər, ensiklopediyalar çap olunub, məktəblərdə, elm ocaqlarında dilə qayğı, məhəbbət, ondan düzgün, yerində məqsədyönlü istifadə və s. diqqətdə saxlanılır.

Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Dilimizi sevin, qoruyun, yaşadın.”

Hazrıda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası kütləvi nəşrlərinin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı və istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Əntiqə QASIMOVA,
Bakı şəhəri, Xətai rayon, Ə.Əliyev adına 204 saylı tam orta məktəbin direktor müavini