03 avqust 2022 13:39
808

Şuşada teatr binasının inşası məsələsi gündəmdədir

"Şuşada yeni teatr binasının inşa edilməsi məsələsi nəzərdən keçirilir".

“İki sahil” xəbər verir ki,  bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Şuşa Cənab Prezidentin qərarı ilə qoruq elan edilib: "Şuşanın baş planı təsdiq edilsə də təfsilatlı plan hazırlanmaqdadır. Belə ki, orada hansı mədəniyyət müəssisələrinin olacağı müzakirə mövzusudur. Nəzərə alsaq ki, Şuşanın ərazisi o qədər də böyük deyil, ona görə də biz orada mədəniyyət və digər müəssisələrin yerləşməsini optimal şəkildə müəyyən etməliyik".

Nazir əlavə edib ki, Şuşada teatr binasının inşa edilməsi məsələsi gündəmdədir.