03 avqust 2022 21:57
1747

"Qarabağ" qələbə qazana bilmədi YENİLƏNİB/VİDEO

"Qarabağ" bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Ağdam klubu Macarıstan "Ferentsvaroş"unu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma saat 20:00-da başlayıb.

Matçın 17-ci dəqiqəsində rəqibin futbolçusu Boli hesabı açsa da 34-cü dəqiqədə “Qarabağ”ın futbolçusu Ovusu Kvabena bərabərlik qolunu vurub – 1-1. Qalan vaxtda qaplara qol vurulmayıb.

Çempionlar Liqasının

3-cü təsnifat mərhələsi

ilk oyun

3 avqust

20:00. "Qarabağ" 1-1 "Ferentsvaroş" (Macarıstan)

Qollar: Boli, 17 (0:1), Ovusu Kvabena, 34 (1:1)

Baş hakim: Andreas Ekberq (İsveç)

Tofiq Bəhramov adına Respublika stadionu

Xatırladaq ki, 45+3-cü dəqiqədə "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin qolu VAR-a baxıldıqdan sonra ofsayda görə qeydə alınmayıb.

Qeyd edək ki, bu komandalar arasında avqustun 9-da Budapeştdə keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

***

Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

***

Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.

35-ci dəqiqədə Kvabena Ovusu tarazlığı bərpa edib - 1:1.

***

“Ferensvaroş” “Qarabağ”la oyunda hesabı açdı. Frank Boli 17-ci dəqiqədə fərqləndi.

***

Matç başladı

***

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün növbəti matçına çıxır.

“İki sahil” xəbər verir ki,  Qurban Qurbanov rəhbərlik etdiyi kollektiv ÇL-in üçüncü təsnifat mərhələsinin ilk matçında doğma azarkeşləri önündə Macarıstan çempionu “Ferensvaroş”u qəbul edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın start fiti saat 20:00-da səsləndirilib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 9-da keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
3 avqust

20:00. “Qarabağ” (Azərbaycan) - “Ferensvaroş” (Macarıstan)
Baş hakim: Andreas Ekberq (İsveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu